Ailəsi erməni əsirliyində olan Azərbaycan əsgəri Samir Məmmədova növbəti məktubunu göndərib

Ailəsi erməni əsirliyində olan Azərbaycan əsgəri Samir Məmmədova növbəti məktubunu göndərib
# 19 fevral 2007 14:58 (UTC +04:00)
Ermənilərin ötən il dekabrın 24-də əsir götürdüyü Azərbaycan Ordusunun hərbçisi Samir Nazim oğlu Məmmədovun ailəsi növbəti məktubu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinə təqdim edib. Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyindən bildirilib. Nümayəndəlikdən məktubun məzmunu ilə bağlı heç bir məlumat verilməyib. Məktub bu günlərdə qurumun Ermənistan nümayəndəliyinə göndəriləcək.
Qeyd edək ki, Qazaxdakı “N” saylı hərbi hissədə xidmət edən kiçik çavuş S.Məmmədov hərbi xidmətə Bərdə Hərbi Komissarlığından çağırılıb. S.Məmmədov dekabrın 24-də xidmət etdiyi hərbi hissədən 15 km aralıda, neytral zonada Qazax-İcevan sərhədində əsir götürülüb. Azərbaycanlı hərbçinin üzərində silah-sursat olmayıb. O, hazırda İrəvanda saxlanılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR