AXDG: “Ukrayna sərhədçilərinin saxladığı, içində qaçaqmal olan maşın Azərbaycan bayrağı altında üzən “Fikrət Əmirov” teploxodunda aşkarlanmayıb”

AXDG: “Ukrayna sərhədçilərinin saxladığı, içində qaçaqmal olan maşın Azərbaycan bayrağı altında üzən “Fikrət Əmirov” teploxodunda aşkarlanmayıb”
# 19 fevral 2007 15:39 (UTC +04:00)
“Ukrayna sərhədçilərinin fevralın 18-də saxladığı, içində qaçaqmal olan Türkiyə vətəndaşına məxsus “Mercedes” markalı maşın Azərbaycan bayrağı altında üzən “Fikrət Əmirov” teploxodunda aşkarlanmayıb”. Bunu APA-ya Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin informasiya və mətbuat şöbəsinin rəisi Vüqar Sadıqov deyib. Şöbə rəisi bildirib ki, sözügedən maşın Ukraynanın Xerson şəhərində saxlanılıb: “Azərbaycan bayrağı altında üzən “Fikrət Əmirov” teploxodu isə Türkiyənin Zonquldaq limanı ilə Ukraynanın “Skadovsk” dəniz ticarət limanı arasındakı daimi xətdə üzür. Bu xətt “Dostluq xətti” adlanır. Rəqiblərimiz bizi xətdən çıxarmaq üçün hər vasitədən istifadə edirlər. Bu, rəqiblərimizin bizə qarşı çirkin oyunudur”.
Qeyd edək ki, Ukrayna Cənub regionu Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinə istinadən yayılan məlumatda Ukrayna sərhədçilərinin fevralın 18-də Azərbaycan bayrağı altında üzən “Fikrət Əmirov” teploxodunda Türkiyə vətəndaşına məxsus “Mercedes” markalı maşından külli miqdarda qaçaqmal aşkarladığı göstərilib. Məlumata görə, sərhədçilərlə gömrükçülər “Skadovsk” dəniz ticarət limanında gəmidəki “Mercedes” markalı maşına birgə baxış keçiriblər. Türkiyə vətəndaşına məxsus maşında bəyannamədə qeyd olunmuş sabun, diş məcunu, dezodorantlarla birlikdə, 1000 ədəd qanunsuz taraş fırçası da aşkarlanıb. Qaçaqmal olan fırçanın qiyməti təxminən 50 min qrivendir (təxminən 10 min ABŞ dolları). /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR