Gəncə Şəhər Polis İdarəsinin gecə barlarında keçirdiyi reydlər zamanı 82 nəfər saxlanılıb

Bu günlərdə Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin gecə barlarında reydlər keçirərək, qanunları müxtəlif formalarda pozan 82 vətəndaşı saxlamışdır. Bu barədə APA-nın qərb bürosuna idarənin rəis müavini Çoban Hüseynov məlumat verib. Onun sözlərinə görə, saxlanılanlar arasında 5 nəfər azyaşlı, eləcə də pasport rejimini pozanlar, Bakı və digər şəhərlərdən gələrək Gəncədə heç bir yerdə qeydiyyatda olmayanlar aşkar olunub: “Aparılan reydlər zamanı barlarda spirtli içkilər qəbul edərək ictimai asayişi pozan 10 nəfər barədə inzibati protokol tərtib olunub. Bundan başqa, yoxlamalar zamanı əvvəllər axtarışda olan 7 nəfər tutularaq istintaqa cəlb olunub”. Ç. Hüseynov əlavə edib ki, reydlər əsasən şəhərin “Palma”, “Çempion”, “Leo”, “Tunel” və digər gecə barlarında aparılıb: “Gəncə Şəhər Polis İdarəsi belə reydləri mütəmadi davam etdirəcək. Lakin həmin gecə barlarının sahibləri də özlərində məsuliyyət hiss etməli və müəssisələrində qayda-qanuna nəzarət etməlidirlər”. /APA/
Hadisə
Astarada həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Goranboyun həbsdə vəfat edən icra başçının qardaşı oğlu qəzada ölüb - FOTO

“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb - FOTO - VİDEO
