Nizami rayonu ərazisindən keçən telefon xətlərini oğurlayan Sabirabad rayon sakini yaxalanıb

Nizami rayonu ərazisindən keçən telefon xətlərini oğurlayan Sabirabad rayon sakini yaxalanıb
# 20 fevral 2007 11:38 (UTC +04:00)
Bakının Nizami rayonu ərazisindən keçən telefon xətlərini oğurlayan Sabirabad rayon sakini, 1961-ci il təvəllüdlü Arif Turab oğlu Məhərrəmov yaxalanıb. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, A. Məhərrəmovun qanunsuz hərəkətləri ilə bağlı fevralın 4-də polisə şikayət daxil olub. Aparılan araşdırmalar zamanı məlum olub ki, A. Məhərrəmov yanvarın 16-da və 19-da Babək prospekti, 4085-ci məhəllədən keçən Nizami rayon Telefon Qovşağına məxsus 330 metr, fevralın 4-də isə 60 metr hava xəttini oğurlayıb. Onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb və istintaq aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR