Qanunsuz olaraq psixotrop tərkibli dərman satan aptek müdiri həbs edilib

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları qeyri-qanuni olaraq psixotrop tərkibli dərman satan aptek müdirini həbs ediblər. Bu barədə APA-ya DİN mətbuat xidmətindən məlumat verilib. İdarə əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakıxanov qəsəbəsində yerləşən aptekin müdiri, Bakı şəhər sakini Sədaqət Eminovanın qanunsuz olaraq 30 həb psixotrop tərkibli “Diazepam” dərmanı satdığı aşkarlanıb. S. Eminova tutulub, faktla bağlı araşdırma aparılır. /APA/
Hadisə

Bakıda avtomobilində “Makarov” gəzdirən şəxs saxlanılıb

Xızıda oğul atasını taxta ilə vuraraq öldürüb

Bakıda kafe sahibinə xəsarət yetirilib, azyaşlı oğlu bıçaqla hədələnib, 200 min manat tələb olunub
