İdman təşkilatları İTV-nin Yayım Şurasına Ağacan Əbiyev və Qabil Mehdiyevin namizədliyini irəli sürüb

İctimai Televiziyanın (İTV) Yayım Şurasının 3 üzvünün fəaliyyət müddəti bitdiyindən, Milli Televiziya və Radio Şurası (MTRŞ) onların yerinə yeni nümayəndələr seçilməsi prosedurasını həyata keçirir. MTRŞ-dan APA-ya bildirilib ki, idman təşkilatlarının nümayəndələrindən yenisinin seçilməsi üçün keçirilən iclasda yenə də Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Ağacan Əbiyev və “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyevin namizədliyi irəli sürülüb. Həmin namizədlərdən birinin seçilməsi isə Milli Məclisin səlahiyyətinə aiddir.
Qeyd edək ki, bu gün Yayım Şurasına dini qurumların, fevralın 23-də isə yaradıcı təşkilatların namizədləri irəli sürüləcək. /APA/
Qeyd edək ki, bu gün Yayım Şurasına dini qurumların, fevralın 23-də isə yaradıcı təşkilatların namizədləri irəli sürüləcək. /APA/
Hadisə

Bakıda kafe sahibinə xəsarət yetirilib, azyaşlı oğlu bıçaqla hədələnib, 200 min manat tələb olunub

Bir yaşlı övladını zəhərləyib öldürməkdə ittiham olunan qadının məhkəməsi başlayıb

Yevlaxda narkotik satan 12 nəfər saxlanılıb
