Mingəçevirdəki 16 saylı orta məktəbin binasında yanğın baş verib

Fevralın 21-də axşam saatlarında Mingəçevir şəhərindəki 16 saylı orta məktəbin binasında yanğın baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, məktəbdə məskunlaşmış Ağdam rayon köçkünü Ənvər Xudadatovun və ailəsinin sığındığı iki otaq yanıb. Yanğın zamanı evdə olan 80 yaşlı Nurəddin Xudadatov tüstüdən zəhərlənib. Yanğına elektrik naqillərində baş vermiş qısaqapanma səbəb olub. Hadisə yerinə gələn Mingəçevir Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin əməkdaşları yanğının qarşısını ala bilsələr də, köçkünlərə məxsus ev əşyaları tamamilə sıradan çıxıb. /APA/
Hadisə

Yevlaxda itkin düşən 4 yeniyetmə axtarılır - FOTO
Astarada həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Goranboyun həbsdə vəfat edən icra başçının qardaşı oğlu qəzada ölüb - FOTO
