Mingəçevirdə şəhid ailələri və Qarabağ əlilləri üçün bina inşa ediləcək

Mingəçevir şəhərində şəhid ailələri və Qarabağ əlilləri üçün 36 mənzilli yaşayış binası inşa ediləcək. Şəhər İcra Hakimiyyətindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, yeni binanın inşası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə layihə hazırlanıb. Binanın sahəsi və tikiləcəyi ərazi artıq məlumdur. Mart ayından tikintiyə start verilməsi nəzərdə tutulub. /APA/