Yevlax küçələrində iki böyük monitor quraşdırılıb

Yevlax küçələrində iki böyük monitor quraşdırılıb
# 22 fevral 2007 08:16 (UTC +04:00)
Yevlax şəhərinin Heydər Əliyev prospektində ölçüsü 5 kvadratmetr olan elektron monitor yerləşdirilib. Eyni ölçülü daha bir ekran mərkəzi küçələrdən birində quraşdırılır. Yevlax rayon İcra Hakimiyyətindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, monitorlar ABŞ-dan gətirilib və amerikalı mütəxəssisləri tərəfindən quraşdırılır. Bundan sonra şəhər sakinləri Azərbaycan tarixinə və mədəniyyətinə aid filmləri, həmçinin rayon mərkəzində keçirilən rəsmi və ədəbi tədbirləri küçədə bu monitorlardan izləyə biləcəklər. Görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən videoroliklər də vaxtaşırı tamaşaçılara təqdim olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR