Kanadanın Monreal şəhərində Azərbaycan dilində radio proqramının yayımlanmasına başlanacaq

Fevralın 25-də Kanadanın Monreal şəhərində Azərbaycan dilində radio proqramının yayımlanmasına başlanacaq. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya daxil olan məlumata görə, verilişlər hər bazar günü yerli vaxtla 9.00-dan 9.30-a qədər CKDG 105.1 FM radiostansiyasında efirə çıxacaq. Radio proqramında Ermənistan-Azərbaycan münaqişəsi haqqında kanadalı dinləyicilərə obyektiv və ətraflı məlumatlar veriləcək, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi vəhşiliklərdən və terror aktlarından danışılacaq./APA/
Hadisə

ANAMA: Azad edilmiş ərazilərdə daha 609 mina aşkarlanıb

FHN: Bayram günlərində 17-si azyaşlı olmaqla 40 nəfər xilas edilib - VİDEO

Yevlaxda mikroavtobus iki qadını vurub, ölən var
