Astarada görünən vertolyotlar İran prezidenti və onu müşayiət edənləri daşıyan mülki vertolyotlar imiş

“Azərbaycanın Astara rayon sakinlərinin səmada gördükləri vertolyotlar İran prezidenti Mahmud Əhmədinejad və onu müşayiət edən şəxsləri daşıyan mülki vertolyotlardır”. Bu sözləri APA-ya açıqlamasında İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məcid Feyzollahi deyib. O bildirib ki, İran prezidenti bir neçə gündür Gilan ostanında səfərdədir və müxtəlif şəhərlərdə əhali ilə görüşlər keçirir, müəssisələrə baş çəkir. Azərbaycan Astarası ilə sərhəddə olan İran Astarası da Gilan ostanına daxildir. İranlı diplomatın sözlərinə görə, narahatlığa heç bir səbəb yoxdur və sərhəddə hərbi təlimlər aparılmır. /APA/
Hadisə

Bakıda avtomobilində “Makarov” gəzdirən şəxs saxlanılıb

Xızıda oğul atasını taxta ilə vuraraq öldürüb

Bakıda kafe sahibinə xəsarət yetirilib, azyaşlı oğlu bıçaqla hədələnib, 200 min manat tələb olunub
