Gəncədə yol qəzası törədərək hadisə yerindən qaçmış sürücü yaxalanıb

Gəncədə yol qəzası törədərək hadisə yerindən qaçmış sürücü yaxalanıb
# 22 fevral 2007 14:27 (UTC +04:00)
Gəncə şəhərində yol qəzası törətmiş sürücü hadisə yerindən qaçıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Şəhər sakini 24 yaşlı Elmir Rəhimov "QAZ-31" markalı avtomaşınla vurulub və ayağının sınması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Sürücü avtomaşını hadisə yerində qoyub və digər avtomaşında qaçıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisənin şəhər sakini Ramin Səfərov tərəfindən törədildiyi müəyyən edilib. Kəpəz Rayon Polis Şöbəsi, Baş Dövlət Yol Polisi İdarəsi və DİN-in Növbətçi Hissələri İdarəetmə Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Səfərovun hadisə yerindən qaçdığı Rövşən Mehdiyevin idarə etdiyi "Mercedes" markalı avtomaşın Bakı-Şamaxı yolunda BDYPİ-nin daimi postunda saxlanılıb. R. Səfərov tutulub, ondan 1 ədəd bıçaq götürülüb. APA-nın qərb bürosunun məlumatında isə bildirilir ki, R. Səfərovdan 1 ədəd “Makarov” tipli tapança, 12 patron və 1 əldəqayırma bıçaq tapılaraq götürülüb. Faktla bağlı araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR