Bakıda baş verən yol qəzaları nəticəsində iki sürücü həlak olub

Suraxanı rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-ya daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Biləsuvar rayon sakini Ərəstun Hüseynov idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşırıb. Nəticədə Ə. Hüseynov hadisə yerində ölüb. Nizami rayonu ərazisində - Heydər Əliyev prospektində isə Masallı rayon sakini Vaqif Nuriyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu "KamAZ" markalı avtomaşına vurub. Nəticədə xəsarət almış V.Nuriyev xəstəxanaya aparılarkən yolda ölüb. /APA/