Narkotik maddə satan 6 nəfər həbs olunub

Narkotik maddə satan 6 nəfər həbs olunub
# 22 fevral 2007 14:41 (UTC +04:00)
Lənkəran Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Liman şəhər sakini Etibar Ələkbərov tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Onun evinə baxış zamanı 15,052 qram heroin, 51,042 qram tiryək, 10 ədəd müxtəlif çaplı patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vahid Quliyevdən 3,331 qram heroin və 0,84 qram marixuana, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şirzad Alışovdan 0,369 qram heroin, Gəncə Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Tərtər rayon sakini İldırım Bəylərovdan 15 qram marixuana götürülüb. Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Nazim Quliyev 0,448 qram heroini satarkən tutulub. Onun üstünə baxış zamanı əlavə 0,979 qram heroin götürülüb. N. Quliyevə narkotik maddəni satmış Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş İlham Rüstəmov tutulub, ondan 3,049 qram heroin götürülüb. Mingəçevir şəhər sakini Pərviz Məmmədov 1 ədəd AKM silahını, 2 ədəd qumbaranı, 105 ədəd avtomat patronunu və 3 ədəd patron darağını könüllü olaraq Mingəçevir Şəhər Polis Şöbəsinə təhvil verib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR