Xocalı sakini Gülalı Binalıyev: “Xocalıda soyqırımı törədilən zaman Robert Köçəryan mənə işgəncələr verib”

Xocalı sakini Gülalı Binalıyev: “Xocalıda soyqırımı törədilən zaman Robert Köçəryan mənə işgəncələr verib”
# 22 fevral 2007 15:17 (UTC +04:00)
“Robert Köçəryan məni döydürtdükdən sonra huşumu itirdim və həmin vaxtdan indiyə kimi gözlərim zəif görür. Bütün dünya özünü demokrat kimi təqdim edən Xocalı faciəsinin baiskarını tanımalıdır”. APA-nın məlumatına görə, Xocalı şəhərinin sakini, faciə baş verən gün ermənilər tərəfindən girov götürülən Gülalı Binalıyev bildirib ki, Xocalı işğal edilən gün o, ailə üzvləri ilə birgə erməni hərbiçiləri tərəfindən girov götürülüb və Ermənistanın hazırkı prezidenti Robert Köçəryan tərəfindən işgəncələrə məruz qalıb. G. Binalıyev Xocalı faciəsi zamanı girov götürülmüş oğlanları Əlişir və Cabbar Binalıyevlər haqda heç bir məlumatın olmadığını deyib: “1992-ci ilin fevralın 25-də gecə yarı ermənilər bizi əsir tutdular, evi qarət etdilər, qadınların-qızların üzərində olan zinət əşyalarını soydular. Təxminən 84 nəfəri Xankəndi yaxınlığına qədər qarın işində qaçırdılar. Şəhərin yaxınlığındakı təpədə bizi üst paltarlarımızı əynimizdən çıxarmağa məcbur etdilər. Sonra bizi Xankəndindəki avtomobil qarajına apardılar. Burada 4 gün ac-susuz saxladıqdan sonra ifadə almağa başladılar. Məni də ifadə götürmək üçün bir yerə apardılar. Məni dindirən adamı sonralar televizorda görən kimi tanıdım. Həmin adam Xocalı soyqırımına rəhbərlik edən hazırkı Ermənistan prezidenti Robert Köçəryan idi. O, məndən soruşdu ki, “Mixaylo” haradadır? Belə adda adam tanımadığımı dedim və bildirdim ki, mən bir “Mixaylo” tanıyıram, o, 1941-44-cü ildə alman faşistlərinə qarşı döyüşüb. O gülüb dedi ki, mən səndən məktəbdə bir yerdə işlədiyiniz Tofiqi soruşuram. Ona Xocalıya təzə köçdüyümüzü və belə bir adamı tanımadığımı dedim. Əslində həmin adamı tanıyırdım. Tofiq Xocalını düşməndən qoruyanlardan biri idi və adına “Mixaylo” deyirdilər. Sorğu-sual bitdikdən sonra ermənicə ətrafındakılara nə isə dedi. Sonra məni vəhşicəsinə döydülər və huşumu itirdim”. Gülalı Binalıyev bu faktları beynəlxalq təşkilatlara çatdırmaq niyyətində olduğunu söyləyib: “Köçəryan insanlığa qarşı cinayət edib və dünya ictimaiyyəti onu cəzalandırmalıdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR