50-yə yaxın azərbaycanlının ölümü ilə nəticələnən Basman faciəsindən bir il keçir

Bir il əvvəl Moskvanın Basman bazarının dam örtüyünün çökməsi nəticəsində 66 nəfər həlak olub. APA-nın məlumatına görə, həlak olanlardan 50-yə yaxını azərbaycanlı idi. Moskva Prokurorluğu tərəfindən aparılmış istintaq nəticəsində bazarın direktoru Mark Mişiyevə qarşı cinayət işi qaldırılsa da, sonradan o, həbsdən azad edilmişdi. Hazırda istintaq işi davam edir, aparılmış kompleks ekspertizanın nəticələri öyrənilir. /APA/