AMEA-nın Geologiya İnstitutunda xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

AMEA-nın Geologiya İnstitutunda xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
# 23 fevral 2007 11:07 (UTC +04:00)
AMEA-nın Geologiya İnstitutunun Gənc Alimlər Şurasının üzvləri ilə xalq yazıçısı Çingiz Abdullayevin görüşü keçirilib. APA-nın məlumatına görə, görüşdə çıxış edən yazıçı oxucularına yaradıcılığı və hazırda üzərində işlədiyi əsərlər barədə məlumat verib. O bildirib ki, artıq latın əlifbası ilə bir neçə yeni kitabı çapdan çıxıb: “Bu gün Azərbaycanda 9 xalq yazıçısı var. Onlardan biri də mənəm. Mən bununla fəxr edirəm. Dünyanın bir çox ölkələrində oxucularım var. Qəribəsi budur ki, azərbaycanlı olan Çingiz Abdullayevi hər xalq öz yazıçısı hesab edir. Ancaq hər bir ölkədə yalnız Azərbaycan vətəndaşı olduğumu fəxrlə deyirəm”. İndiyədək oxucuları ilə bir neçə görüş keçirdiyini deyən Ç. Abdullayev bu cür tədbirlərin bundan sonra da davam edəcəyini söyləyib. Görüş zamanı yazıçı bir neçə kitabını institutun kitabxanasına hədiyyə edib. Daha sonra Ç. Abdullayev şura üzvlərini və oxucularını maraqlandıran sualları cavablandırıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR