MAU-nun tələbələri Binəqədi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəklər

Müstəqil Azərbaycan Universitetinin (MAU) tələbələri Binəqədi rayon Məhkəməsinin bir qrup tələbənin iddiasına əsasən çıxardığı qərardadı alıblar. Bu barədə APA-ya Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin sədri Vüqar Süleymanov məlumat verib. Onun sözlərinə görə, hazırda məhkəmənin qərarından apellyasiya şikayəti hazırlanır və gələn həftə Apellyasiya Məhkəməsinə təqdim olunacaq. Xatırladaq ki, Binəqədi rayon Məhkəməsi MAU-nun 125 tələbəsinin universitet rəhbərliyinə qarşı qaldırdığı iddianı təmin etməyib.
V. Süleymanov onu da deyib ki, tələbələr fevralın 28-də Təhsil Nazirliyinin binası qarşısında piket keçirmək üçün bu gün Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətdə aksiyanın saat 11.00-dan 13.00-a kimi davam edəcəyi göstərilib. V. Süleymanov şəhər rəhbərliyinin mənfi cavab verəcəyi halda da aksiyanı keçirəcəklərini deyib. /APA/

Hadisə

Bakıda avtomobilində “Makarov” gəzdirən şəxs saxlanılıb

Xızıda oğul atasını taxta ilə vuraraq öldürüb

Bakıda kafe sahibinə xəsarət yetirilib, azyaşlı oğlu bıçaqla hədələnib, 200 min manat tələb olunub