Hacıqabulda oğurluq baş verib

Hacıqabulda oğurluq baş verib
# 13 mart 2007 09:28 (UTC +04:00)
Hacıqabul rayonu ərazisində oğurluq hadisəsi baş verib. Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Telman Həsənovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, İsmayıllı rayonunun Zərgəbdu kənd sakini Tamilla Bağırovanın Padarçöl kəndində yerləşən fermasından xeyli miqdarda əşya oğurlanıb. Faktla bağlı Hacıqabul Polis Şöbəsində cinayət işi açılıb və oğurluqda şübhəli bilinən Ağsu rayon sakini, 1974-ü il təvəllüdlü Tağı Məhərrəmovun barəsində axtarış elan edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR