Bir ailənin axtarışda olan beş üzvü həbs olunub

Bir ailənin axtarışda olan beş üzvü həbs olunub
# 14 mart 2007 12:16 (UTC +04:00)
Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin əməkdaşları uzun müddətdir, bir ailənin axtarışda olan 5 üzvünü həbs ediblər. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Axtarışda olan şəxslər Sona Muradova, Mirəli Muradov, onların övladları İslam, Yaqub və Mətanət Muradovlar dünən saxlanılıblar. Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə ittiham olunan şəxslərin barəsində açılmış cinayət işi üzrə istintaq davam etdirilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR