Xanlarda külli miqdarda silah-sursat tapılıb

Xanlarda külli miqdarda silah-sursat tapılıb
# 14 mart 2007 15:18 (UTC +04:00)
Bu gün Xanlar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda silah-sursat aşkar ediblər. Bu barədə APA-nın qərb bürosuna Xanlar RPŞ-nin rəisi Məhərrəm Quliyev məlumat verib. Onun sözlərinə görə, idarəyə daxil olan naməlum zəng nəticəsində əməliyyat qrupu tərəfindən Xanlar rayonunun Topalasanlı kəndi yaxınlığında Daş karxanasına gedən yolda qaratikan kolunun içərisindən 1 ədəd AK-74 markalı avtomat silah, 1 ədəd süngülü çarxlı silah, 1 ədəd xarici ölkədə istehsal olunmuş tapança, 2 ədəd TOZ-8 markalı tüfəng, 2 ədəd lüləsi kəsik tüfəng, 9 ədəd F-1 və RQD-5 markalı əl qumbarası, 3 ədəd iri çarxlı silah, 411 ədəd 7,62 ölçülü avtomat gülləsi, 443 ədəd 5,45 ölçülü avtomat gülləsi və 8 ədəd avtomat sandıqçası tapıb. M. Quliyev bildirib ki, tapılan silah-sursat polis əməkdaşları tərəfindən qeydiyyata alınaraq götürülüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR