Ermənilər Ağdamda yaxınlarının məzarını ziyarət edən yerli sakinləri atəşə tutublar

Ermənilər Ağdamda yaxınlarının məzarını ziyarət edən yerli sakinləri atəşə tutublar
# 15 mart 2007 11:00 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub. APA-nın Qarabağ bürosunun məlumatına görə, milli adət-ənənəyə uyğun olaraq, axır çərşənbədən öncə Ağdamın Mirəşelli və işğal altında olan Baş Qərvənd kəndləri arasındakı qəbiristanlıqda yaxınlarının məzarını ziyarət etmək istəyən yerli sakinlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. Atışma fasilələrlə 1 saata yaxın davam edib. Azərbaycan Ordusunun cavab atəşindən sonra yerli sakinləri qəbiristanlıqdan çıxarmaq mümkün olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR