Gəncədəki “N” saylı hərbi hissəsində yanğın baş verib

Gəncədəki “N” saylı hərbi hissəsində yanğın baş verib
# 15 mart 2007 16:05 (UTC +04:00)
Dünən Müdafiə Nazirliyinin Gəncədəki “N” saylı hərbi hissəsində yanğın baş verib. Gəncə Şəhər Yanğından Mühafizə İdarəsindən APA-ya verilən məlumata görə, saat 21.00 radələrində baş verən yanğının qarşısı dərhal alınıb. Hadisə nəticəsində hərbi hissəyə məxsus üç döşək yanıb, xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR