Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri həlak olub

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri həlak olub
# 15 mart 2007 16:30 (UTC +04:00)
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Əsgər Dilqəm Bəxtiyar oğlu Şirinov ermənilərin Ağdam rayonunun işğal olunmuş Seyidli kəndindəki mövqelərindən açdığı atəş nəticəsində dünyasını dəyişib. D. Şirinov 2006-cı ilin iyulunda İsmayıllı rayon Hərbi komissarlığından hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyindən hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR