Ermənilər Ağdam istiqamətində atəşkəsi yenidən pozub

Ermənilər Ağdam istiqamətində atəşkəsi yenidən pozub
# 16 mart 2007 07:32 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələri bu gün saat 03:00-dan 03:20-dək ermənilər Ağdam rayonunun işğal olunmuş Kəngərli kəndindən Azərbaycan ordusunun üzbəüz mövqelərini atəşə tutublar. Cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR