Gəncə sakini öz bacısı oğlunu döyərək öldürüb

Gəncə sakini öz bacısı oğlunu döyərək öldürüb
# 16 mart 2007 09:28 (UTC +04:00)
Gəncənin Mahrasa Bağı qəsəbəsində şəhər sakini Elşən Dadaşov mübahisə zəminində bacısı oğlu 1974-cü il təvəllüdlü Mehman Səfərovu döyərək öldürüb. APA-nın Qərb bürosunun məlumatına görə, münaqişə gecə saatlarında baş verib. Elşən Dadaşovun zərbələri nəticəsində baş nahiyəsindən xəsarət alan Mehman Səfərov Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq 35 yaşlı Mehman Səfərovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR