Lənkəranda uşaq-körpələr evində yanğın baş verib

Lənkəranda uşaq-körpələr evində yanğın baş verib
# 16 mart 2007 10:42 (UTC +04:00)
APA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin (DYTX) 2 yanğınsöndürən maşını 2 saat ərzində yanğını söndürməyə müvəffəq olublar. Yanğın nəticəsində bağçanın bir otağı tamamilə yararsız hala düşüb. Bağçanın müdiri Nazəndə Yusifova APA-nın Cənub bürosuna açıqlamasında yanğının baş vermə səbəblərinin ona məlum olmadığını deyib. Onun sözlərinə görə, elektrik sayğaclarının quraşdırılması ilə əlaqədar bir müddət əvvəl uşaq bağçasına elektrik enerjisinin verilməsi dayandırılıb. Faktla bağlı Lənkəran DYTX-də araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR