Bakının mərkəzində yeni inşa olunan binada baş vermiş qəza nəticəsində xəsarət alaraq, xəstəxanaya yerləşdirilmiş şəxslərdən dördü evə buraxılıb

Bakının mərkəzində yeni inşa olunan binada baş vermiş qəza nəticəsində xəsarət alaraq, xəstəxanaya yerləşdirilmiş şəxslərdən dördü evə buraxılıb
# 16 mart 2007 11:15 (UTC +04:00)
Bakının Nizami və Fikrət Əmirov küçələrinin kəsişməsində (Böyük Britaniya səfirliyinin arxasında) yeni tikilən binanın 21-ci mərtəbəsinin dünən uçması nəticəsində xəsarət alaraq Travmatologiya və Ortopediya Klinik Xəstəxanasına yerləşdirilmiş şəxslərdən dördü artıq evə buraxılıb. Bu barədə APA-ya xəstəxananın baş həkimi Tariyel Qasımov məlumat verib. Onun sözlərinə görə, Füzuli sakini, 23 yaşlı Elməddin İbadov, Astara sakini, 36 yaşlı Vaqif Nemətov, İmişli sakini, 51 yaşlı Fərhad Təhməzov və Lökbatan sakini 30 yaşlı Zakir Məmmədov evə buraxılıblar. Digər yaralı, Lökbatan sakini Ələddin İbişovun vəziyyəti isə ağır olduğundan o, xəstəxanada saxlanılıb. Baş həkim qeyd edib ki, xəstə qapalı kəllə-beyin travması, təpə nahiyəsinin əzilmiş yarası, sol almacıq sümüyünün sınması və yerdəyişməsi zədələri alıb. Xəstəxanaya dəvət ediləcək digər mütəxəssislərlə aparılacaq məsləhətləşmələrdən sonra xəstənin əməliyyat olunub-olunmayacağı ilə bağlı qərar veriləcək. Qeyd edək ki, baş verən hadisə nəticəsində 6 nəfər xəsarət alıb, onlardan 5-i Travmatologiya və Ortopediya Klinik Xəstəxanasına, 1-i isə “MediClub” özəl klinikasına yerləşdirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR