Bakının mərkəzində yeni tikilən binanın 21-ci mərtəbəsinin uçması ilə bağlı cinayət işi başlansa da, hələlik saxlanılan yoxdur

Bakının mərkəzində yeni tikilən binanın 21-ci mərtəbəsinin uçması ilə bağlı cinayət işi başlansa da, hələlik saxlanılan yoxdur
# 16 mart 2007 14:16 (UTC +04:00)
Bakının Nizami və Fikrət Əmirov küçələrinin kəsişməsində (Böyük Britaniya səfirliyinin arxasında) yeni tikilən binanın 21-ci mərtəbəsinin uçması ilə bağlı cinayət işi başlanıb. Bu barədə APA-ya Səbayel rayon prokurorunun müavini Elçin Sultanov məlumat verib. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurma) maddəsi üzrə aparılan cinayət işi fakta üzrə başlanıb. Hədisə ilə bağlı hələlik günahkar şəxsin müəyyən olunmadığını deyən prokuror müavini qeyd edib ki, müvafiq ekspertiza keçirildikdən sonra günahkar şəxsin olub-olmaması müəyyənləşdiriləcək. Onun sözlərinə görə, beton tökülərkən qəlibin açılması nəticəsində baş verən hadisə zamanı 7 nəfər xəsarət alıb, onlardan ikisi hazırda xəstəxanada müalicə olunur.
Qeyd edək ki, yeni tikilən binanın inşası "Libra" MMC tərəfindən aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR