Bakının Səbayel rayonunda evin tavanı və dam örtüyü uçub

Bakının Səbayel rayonunda evin tavanı və dam örtüyü uçub
# 16 mart 2007 15:38 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsindən APA-ya verilən məlumata görə, bu barədə məlumat nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112 Zəng mərkəzi”nə saat 14.37 radələrində daxil olub. Nazirlikdən bildirib ki, tavanı uçan mənzil 1953-cü il təvəllüdlü Eyvazova Aybəniz Bəylər qızına məxsusdur. 3 otaqlı mənzilin 1 otağının çiləkən (nazik, ensiz taxtalar) tipli tavanı və dam örtüyü 12 kvadrat metr sahədə uçub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Nazirliyin əməkdaşları hadisə yerindədirlər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR