TQDK növbəti sınaq imtahanlarına başlayır

TQDK növbəti sınaq imtahanlarına başlayır
# 17 mart 2007 08:56 (UTC +04:00)
İlk sınaq imtahanları aprelin 1-də keçiriləcək. Abituriyentlər sınaq imtahanlarına TQDK-nın yazılış xidməti növü olan “Pretest” ödəmə kartları vasitəsilə yazıla bilər. Bu xidmətdən istifadə etmək istəyənlər qiyməti 6 manat olan və iki imtahana yazılmaq imkanı verən “Pretest” ödəmə kartı əldə etməlidır. Həmin kartlar artıq satışdadır. Abituriyentlər martın 19-dan internet vasitəsilə də sınaq imtahanına yazıla bilərlər.
TQDK-nın aprelin 1-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək sınaq imtahanlarına adi qaydada yazılış isə mart ayının 27-dən başlanacaq. Aprel ayında Bakı şəhərində sınaq imtahanları 1, 8, 15 və 29 aprel tarixlərində keçiriləcək. Aprelin hər bazar günü respublikanın bir sıra bölgələrində də sınaq imtahanlarının keçirilməsi nəzərdə tutulur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR