Martın 18-də Azərbaycanın vergi orqanlarına işə qəbul ilə bağlı test imtahanı keçiriləcək

Martın 18-də Azərbaycanın vergi orqanlarına işə qəbul ilə bağlı test imtahanı keçiriləcək
# 17 mart 2007 08:58 (UTC +04:00)
Namizədlərdən sənəd qəbulu Vergilər Nazirliyi tərəfindən fevralın 23-dən başlanıb və artıq 415 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 38 nəfəri qadın, 377-si isə kişidir.
Test imtahanının keçirilməsi üçün Vergilər Nazirliyi tərəfindən 2459 sualdan ibarət test toplusu hazırlanıb. Toplu TQDK tərəfindən çap olunaraq Sənəd Qəbulu Komissiyasına təqdim edilib.
Qeyd edək ki, imtahanda namizədlərə sahə bilikləri üzrə təqdim olunacaq 80 sual məhz həmin sual bankından seçiləcək, 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlayacaq. Ümumi nəticəsi 70 bal və daha artıq olan namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılacaqlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR