Apreldə Azərbaycanla EUCOM arasında yeni İş Planının imzalanacağı gözlənilir

Apreldə Azərbaycanla EUCOM arasında yeni İş Planının imzalanacağı gözlənilir
# 17 mart 2007 08:58 (UTC +04:00)
Bu barədə APA-ya Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Ramiz Məlikov məlumat verib: “İş Planı hər il imzalanır və müddəti bir ildir. Azadlığa Dəstək Aktına 907-ci düzəlişin mövcudluğu İş Planını uzunmüddətli etməyə imkan vermir, planı müəyyən qədər məhdudlaşdırır”.
R.Məlikov bildirib ki, hərbi qurumlar arasında İş Planı 1998-ci ildən etibarən imzalanır.
Qeyd edək ki, fevralın 21-24-də Ştuqartda (Almaniya) Azərbaycan Müdafiə Nazirliyi ilə EUCOM rəsmiləri arasında keçirilmiş danışıqlarda növbəti il üçün İş Planının ilkin variantı nəzərdən keçirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR