Los-Ancelesin meri şəhərin Azərbaycan icmasını Novruz bayramı münasibəti ilə təbrik edib

Los-Ancelesin meri şəhərin Azərbaycan icmasını Novruz bayramı münasibəti ilə təbrik edib
# 17 mart 2007 09:12 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, bayram münasibətilə meriyada təşkil olunan toplantıda Azərbaycan Respublikasının Los-Anceles şəhərindəki vitse-konsulu Elman Abdullayev iştirak edib. Şəhər meri ilə görüşdə E. Abdullayev ölkəmizdə Novruz bayramının qədim kökləri və bayramın qeyd olunma ənənəsi barədə geniş məlumat verib. Vitse-konsul meriyada keçirilən toplantıda iştirak edən Beverliy Hills şəhərinin yeni seçilmiş meri Cimmy Delshadı da seçkilərdə qələbəsi münasibəti ilə Azərbaycan hökuməti adından təbrik edib.
Qeyd edək ki, mer A. Villaraiqosa Amerikanın ən məşhur şəhər rəhbərlərindən biridir. Məhz onun rəhbərliyi dövründə - 2006-cı ildə “Mələklər şəhəri”nə rekord sayda - 25 milyon turist gəlib və həm ildə şəhərdə ümumilikdə 5 milyard dollarlıq inşaat işləri aparılıb. Qeyd edək ki, artıq 4 ildir, şəhər şurasında Novruz bayramı ərəfəsində yerli İran icmasının nümayəndələri ilə görüş keçirilir. Şəhərin Azərbaycan icması isə ilk dəfədir, şəhər meri səviyyəsində Novruz bayramı münasibəti ilə təbrik olunur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR