Qusarda baş verən yanğında bir nəfər həlak olub

Qusarda baş verən yanğında bir nəfər həlak olub
# 17 mart 2007 09:33 (UTC +04:00)
Bu gün səhər saatlarında Qusar şəhəri Həzi Aslanov küçəsi, mənzil 38-də yanğın baş verib. APA-nın şimal bürosunun məlumatına görə, yanğın zamanı mənzilin sahibi, ruhi xəstə olan 65 yaşlı Badarov Umar Viktoroviç yanaraq dünyasını dəyişib. Qusar rayon Yanğınsöndürmə İdarəsinin rəisi İbrahim Orucov APA-ya bildirib ki, hadisə səhər saatlarında baş verib və birmərtəbəli evin 24 kvadratmetri və dam örtüyü tamamilə yanıb. Yanğınsöndürənlər meyitin boğazında kəndir izləri aşkar ediblər. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR