“Bakıelektrikşəbəkə”yə borcunu ödəyən abonentlərin sayı 2 dəfə artıb

“Bakıelektrikşəbəkə”yə borcunu ödəyən abonentlərin sayı 2 dəfə artıb
# 17 mart 2007 09:34 (UTC +04:00)
Bu barədə APA-ya “Bakıelektrikşəbəkə” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Martın 9-dan debitor borcu olan abonentlərin elektrik enerjisi ilə təchizatının qeyd-şərtsiz dayandırıldığını deyən T.Mustafayevin sözlərinə görə, bu proses martın 20-dək davam edəcək. Martın 20-də “Bakıelektrikşəbəkə” ASC mart ayını rəsmən “Borcsuz ay” elan etməyi planlaşdırır.
T.Mustafayev bildirib ki, “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyəti sədrinin qərarı ilə martın 20-dən 27-dək gücləndirilmiş iş rejimində işləyəcək. Baş verən problemlərin vaxtında aradan qaldırılması üçün bütün rayon enerji satışı və istismarı idarələrində 24 saat növbətçilik sistemi yaradılıb, idarələr maşınlarla və lazımi texniki vasitələrlə təchiz olunub. Baş verən problemlər dərhal aradan qaldırılacaq.
“Bakıeletrikşəbəkə” ASC abonentlərə bildirir ki, rayon enerji satış idarələri bayram günlərində də işlədiyindən, borclu abonentlər istehlak etdikləri elektrik enerjisinin haqqını həmin günlərdə də ödəyə bilərlər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR