ABŞ Azərbaycanda 12 zona baytarlıq idarəsinin yenidən qurulmasına yardım edəcək

ABŞ Azərbaycanda 12 zona baytarlıq idarəsinin yenidən qurulmasına yardım edəcək
# 17 mart 2007 11:28 (UTC +04:00)
ABŞ hökuməti Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin 12 zona idarəsinin yenidən qurulmasına, avadanlıqlarla təchizatına yardım edəcək.
APA-nın məlumatına görə, DBX-nın rəisi İsmayıl Həsənov bildirib ki, martın sonunda ABŞ hökuməti ilə bununla bağlı protokolun imzalanacağı gözlənilir. Protokol 2007-2008-ci illəri əhatə edəcək. Hazırda bununla bağlı tərəflər arasında danışıqlar aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR