Bakının “20 Yanvar” dairəsində inşa olunan yol qovşağının açılış mərasimi martın 19-da keçiriləcək

Bakının “20 Yanvar” dairəsində inşa olunan yol qovşağının açılış mərasimi martın 19-da keçiriləcək
# 17 mart 2007 12:39 (UTC +04:00)
APA-Economics-in məlumatına görə, “20 Yanvar” dairəsində yol qovşağı istifadəyə verilən anoloji obyektlərdən üçüncüsüdür. Bundan əvvəl Ə.Salamzadə küçəsi ilə Tbilisi prospektinin (Nəqliyyat Nazirliyinin yaxınlığında) və Z.Bünyadov prospekti ilə Atatürk prospektinin kəsişdiyi yerdə inşa olunan yol ötürücüləri istifadəyə verilib. Nəqliyyat Nazirliyi cari ilin sonuna qədər Bakı şəhərində daha 5 yol qovşağı və 11 keçidi istifadəyə verməyi planlaşdırır.
Qeyd edək ki, tədbirdə ölkə prezidentinin də iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, “20 Yanvar” dairəsindəki yol qovşağını Azərbaycanın “Azərkörpü” Açıq Səhmdar Cəmiyyəti, tuneli isə Türkiyənin “Kolin” şirkəti inşa edib. /APA-Economics/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR