Hacıqabulda ər arvadını qətlə yetirib

Hacıqabulda ər arvadını qətlə yetirib
# 19 mart 2007 07:50 (UTC +04:00)
Hacıqabul rayonunda qətl hadisəsi baş verib. Rayon polis şöbəsinin əməliyyat üzrə rəis müavini Telman Həsənovun APA-nın Mil-Muğan bürosuna bildirdiyinə görə, Şamaxı sakini, 1980-ci il təvəllüdlü Ələkbərov Samir Maqsud oğlu martın 17-də, saat 19.30 radələrində Hacıqabul rayonunun Padar kəndi yaxınlığındakı otlaq sahəsində həyat yoldaşı, 1987-ci il təvəllüdlü Ələkbərova Xəyalə Elağa qızını bıçaqlayıb. X. Ələkbərova yaralı vəziyyətdə Hacıqabul rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Az sonra S. Ələkbərov rayonun polis əməkdaşları tərəfindən həbs edilib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda cinayət işi başlanılıb, tədqiqat aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR