Lənkəran və Yardımlıda zəlzələ olub

Lənkəran və Yardımlıda zəlzələ olub
# 28 mart 2007 15:19 (UTC +04:00)
Bu gün saat 11:58-də Lənkəran və Yardımlı rayonları arasında 2-2,5 ballıq yeraltı təkan qeydə alınıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktor müavini Qurban Yetirmişli məlumat verib. Onun sözlərinə görə, təkan Lənkərandan 26-27 kilometr Yardımlı ərazisinə yaxın bölgədə baş verib. Təkan Lənkəranda zəif bilinsə də, Yardımlı sakinləri bunu hiss ediblər. Dağıntı və tələfat yoxdur. Q. Yetirmişli belə təkanların baş verməsini normal hal adlandıraraq, bunun hər hansı təşviş doğurmadığını vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR