Metronun “Sahil” stansiyasında qatarların hərəkətində problem yaranıb

Metronun “Sahil” stansiyasında qatarların hərəkətində problem yaranıb
# 28 mart 2007 16:19 (UTC +04:00)
Bu gün saat 18.00 radələrində Bakı Metropoliteninin “Sahil” stansiyasında dayanmış qatarda texniki nasazlıq baş verib. APA-nın məlumatına görə, vaqonların birinin tormoz hissəsində yaranmış nasazlıq qatı tüstünün əmələ gəlməsinə səbəb olub. Stansiyanı qatı tüstü bürüdüyündən vaqonlardakı sərnişinlər və keçid xəttində olan insanlar təcili olaraq metrodan çıxarılıb. Qısa fasilədən sonra stansiyada qatarların hərəkəti bərpa olunub, Tormoz sistemində nasazlıq yaranan qatar depoya göndərilib. Bakı Metropolitenin Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hazırda Bakı Metropoliteni öz fəaliyyətini normal şəkildə davam etdirir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR