Axtarışda olan və bir müddət Rusiya ərazisində yaşayan Zaqatala sakini həbs olunub

Axtarışda olan və bir müddət Rusiya ərazisində yaşayan Zaqatala sakini həbs olunub
# 29 mart 2007 08:19 (UTC +04:00)
Axtarışda olan Zaqatala sakini həbs edilib. Zaqatala rayon Polis şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 1930-cu il təvəllüdlü Mustafayev Ziya Məmmədnuru oğlu 2006-cı ildən Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə axtarışda olub. Z. Mustafayev axtarışda olduğu müddətdə Rusiya ərazisində yaşayıb. Rayon PŞ əməkdaşlarının Z. Mustafayevlə apardıqları danışıqlar nəticəsində o, istintaqa könüllü təslim olmaq üçün geri qayıdarkən, Qusar rayon PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Zaqatala rayon PŞ-dən bildirilib ki, rayon polisinin əməkdaşı Z. Mustafayevi rayona gətirmək üçün Qusara ezam edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR