Sumqayıtda iki naməlum şəxs polis əməkdaşına odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb

Sumqayıtda iki naməlum şəxs polis əməkdaşına odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb
# 29 mart 2007 08:49 (UTC +04:00)
Bu barədə APA-ya Daxili işlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, naməlum şəxslər Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, çavuş Qalib Tanrıverdiyevi idarə etdiyi “Tofaş” markalı xidməti maşınında atəşə tutublar. Nəticədə Q. Tanrıverdiyev xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi qaldırılıb. Cinayətkarların tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirildiyini deyən E. Zahidov bunun üçün şəhərin giriş və çıxış yollarında polis əməkdaşların nəzarəti gücləndirdiyini bildirib: “Ehtimal olunur ki, naməlum şəxslər hər hansı cinayəti törətməyə hazırlaşırmış. Onlar polis əməkdaşının yaxınlaşdığını gördükdə, odlu silahdan atəş açaraq bu cinayəti törədiblər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR