Samuxda 31 mart Azərbaycanlıların soyqırımı günü münasibətilə silsilə tədbirlər keçiriləcək

Samuxda 31 mart  Azərbaycanlıların soyqırımı günü münasibətilə silsilə tədbirlər keçiriləcək
# 29 mart 2007 08:50 (UTC +04:00)
Sabah Samux rayon icra hakimiyyətində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçiriləcək. Tədbirdə rayonun bütün idarə və müəssisələrinin rəhbərləri və kollektivi qatılacaq. Samux rayon icra hakimiyyətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, həmin gün rayonda keçiriləcək bir sıra tədbirlərlə yanaşı, azərbaycanlıların məruz qaldığı soyqırımı mövzusunda məktəblilərin çəkdikləri rəsmlərdən ibarət sərgi də təşkil olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR