Qubada 1918-ci ilin soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib

Qubada 1918-ci ilin soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib
# 29 mart 2007 09:45 (UTC +04:00)
Bu gün Quba şəhərindəki soyqırım abidəsi önündə 1918-ci ilin mart-may aylarında erməni daşnakları tərəfindən qətlə yetirilən azərbaycanlıların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. APA-nın şimal bürosunun məlumatına görə, rayon rəhbərlərinin və yüzlərlə yerli sakinin iştirak etdiyi tədbirdə çıxış edənlər 89 il əvvəl ermənilərin Quba qəzasında törətdiyi misli görünməmiş vəhşiliklərdən danışıblar. Natiqlər bildiriblər ki, 1918-ci ilin martından başlayaraq daşnak Şaumyanın rəhbərliyi ilə erməni quldur birləşmələri bolşevik rejimi yaratmaq adı altında dörd dəfə Quba qəzasına hücum ediblər. Erməni qulduru Amazaspın dəstələri qətllərdə xüsusi amansızlıq göstəriblər. Mart-may aylarında törədilən qırğın və talanlar zamanı Quba qəzasının 16 min dinc sakini xüsusi qəddarlıqla öldürülüb. Ermənilər təkcə Quba şəhərində 3 min insanın həyatına son qoyublar. Daşnakların hücumları zamanı 122 kənd və 26 məscid yandırılıb, 105 ev isə tamamilə dağıdılıb. Arxiv məlumatlarına görə, erməni quldurları o vaxtkı pulla 105 milyon manatlıq zinət əşyaları qarət ediblər. Ermənilərin vəhşiliyi o həddə çatıb ki, onlar 9 gün ərzində Quba əhalisinə qətlə yetirilənləri dəfn etməyə icazə verməyiblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR