Gəncə küçələrində yeni işıqforlar quraşdırılacaq

Gəncə küçələrində yeni işıqforlar quraşdırılacaq
# 29 mart 2007 10:17 (UTC +04:00)
Gəncənin Nizami küçəsi və Heydər Əliyev prospektində yeni işıqforlar quraşdırılacaq. Bu barədə APA-nın Qərb bürosuna Gəncə Dövlət Yol Polisinin rəisi Adil Zeynalov məlumat verib. Onun sözlərinə görə, ilkin mərhələdə 4 dəst müasir işıqforun quraşdırılması nəzərdə tutulur. Yeni işıqforların bu ilin ikinci rübündə quraşdırılması planlaşdırılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR