Sumqayıtda baş verən atışma ilə bağlı Bakının bir neçə yerində post qurulub

Sumqayıtda baş verən atışma ilə bağlı Bakının bir neçə yerində post qurulub
# 29 mart 2007 12:34 (UTC +04:00)
Dünən Sumqayıtda baş verən atışma ilə bağlı Bakının bir neçə yerində post qurulub. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli məlumat verib. Onun sözlərinə görə, Sumqayıtda baş verən atışma hadisəsini törədənlərin həbs olunması ilə bağlı yaxalanma əməliyyatı hazırlanıb. Paytaxtda bir neçə postun qurulması da bu əməliyyatla əlaqədardır.
Qeyd edək ki, dünən axşam saatlarında Sumqayıtda iki naməlum şəxs odlu silahla Sumqayıt Şəhər Polis İdarəsinin bir əməkdaşına atəş açaraq onu yaralayıb. Onlar hadisə yerindən qaçıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR