Dünya Azərbaycanlıları Konqresi Məclisinin üzvü Əjdər Tağızadə zəhərlənib

Dünya Azərbaycanlıları Konqresi Məclisinin üzvü Əjdər Tağızadə zəhərlənib
# 29 mart 2007 16:50 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi (DAK) Məclisinin üzvü Əjdər Tağızadə zəhərlənmə diaqnozu ilə ötən gündən həkim nəzarətinə götürülüb və sabah vətəndaşı olduğu Norveç hökumətinin ayırdığı xüsusi təyyarə ilə bu ölkəyə aparılacaq. DAK mətbuat xidmətinin rəhbəri Əli Nicat APA-ya bildirib ki, Ə. Tağızadənin səhhəti qeyri-qənaətbəxşdir və onun qan nümunəsi müayinə üçün artıq Norveçə göndərilib. Ə. Tağızadə özü isə APA-ya verdiyi açıqlamasında səhhəti ilə bağlı təhlükənin sovuşduğunu deyib: “Zəhərlənməyimin səbəbləri qan nümunələrimin müayinəsindən sonra bəlli olacaq. Hesab edirəm ki, kimsə tərəfindən zəhərlənməyim haqda indidən fikir yürütmək düzgün deyil”. O, sabah saat 14.00-da Bakıya gələn təyyarə elə Norveçə aparılacağını bildirib.
Qeyd edək ki, Ə. Tağızadə Azərbaycan və Türk Diaspor Təşkilatlarının Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gəlib. İştirak etdiyi tədbirlərdə dəfələrlə İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı adıçəkilən dövləti kəskin tənqid edib. Bundan başqa, Ə. Tağızadə Bütöv Azərbaycan Birliyinin sədr müavini də olub və hazırda İrandan olan siyasi mühacir kimi Norveçdə yaşayır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR