“Hərəyə bir ağac əkək” layihəsi çərçivəsində Şəkidən ağac əkilməsi kampaniyası keçirilir

“Hərəyə bir ağac əkək” layihəsi çərçivəsində Şəkidən ağac əkilməsi kampaniyası keçirilir
# 31 mart 2007 09:24 (UTC +04:00)
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən “Hərəyə bir ağac əkək” layihəsi çərçivəsində Şəkinin bir çox ərazilərində ağac əkilməsi kampaniyası keçirilir. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon icra hakimiyyətindən məlumat verilib. Tədbir zamanı Şəki Olimpiya İdman Kompleksinin ərazisində, Heydər .Əliyev adına mədəniyyət və istirahət parkının, Mirzə Fətəli Axundov və Məhəmməd Füzuli bağlarının ərazilərinə və yol kənarlarına ağac əkilməsi nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR