Gənclər və idman naziri Azad Rəhimov Şəmkirdəki N saylı hərbi hissədə olub

Gənclər və idman naziri Azad Rəhimov Şəmkirdəki N saylı hərbi hissədə olub
# 04 aprel 2007 13:27 (UTC +04:00)
Gənclər və idman naziri Azad Rəhimov bu gün Şəmkir rayonunda yerləşən N saylı hərbi hissəyə baş çəkib. “APA-Sport” agentliyinin məlumatına görə, səfər zamanı A. Rəhimov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov və N saylı hərbi hissənin komandiri, polkovnik Çingiz Şəfiyevlə birgə mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət edib. Ardından nazir hərbi hissəyə gələrək, şəxsi heyət qarşısında nitq söyləyib. A.Rəhimov bildirib ki, belə səfərlər gələcəkdə də həyata keçiriləcək: “Bu gün media nümayəndələri ilə birgə ölkəmizin qüdrətli orduya malik olmasının bir daha əyani şahidi olduq. Gələcəkdə digər hərbi hissələrdə də belə tədbirlər keçirəcəyik. Azərbaycan Avropanın qabaqcıl ölkələri sırasındadır. Lakin bizim yeganə problemimiz ermənilərin işğal etdiyi torpaqlarımızın düşmən tapdağından azad olunmamasıdır. İnanıram ki, tezliklə bu hərbi hissədəki əsgərlərin də səyi nəticəsində Qarabağı işğaldan azad edəcəyik”. A. Rəhimov çıxışında Gənclər və İdman Nazirliyi tərəfindən hərbi hissəyə kitab bağışlanacağını vurğulayıb. Hərbi xidmətdə fərqlənənlərə fəxri fərmanlar və qiymətli hədiyyələr verilib. Tədbirin sonunda incəsənət xadimləri şəxsi heyət qarşısında konsert proqramı ilə çıxış ediblər. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR